Rusiyalı polkovnik Ukraynada öldürüldü

Rusiya ordusunun 49-cu zenit raket briqadasının komandiri polkovnik İvan Qrişin Ukraynada öldürülüb.

Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

“Rusiya Silahlı Qüvvələrinin tərkibindəki yeni işğalçını qarşılayın: Smolenskdəki 49-cu zenit raket briqadasının komandiri polkovnik İvan Qrişin. “Təlim”lərdə azmışdı, artıq evinə “qayıdır”, – məlumatda qeyd olunub.