55-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya Müdafiə Nazirliyi müharibənin 55-ci günü üçün Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya MN-in rəsmisi general-mayor İqor Konaşenkov bildirib.

“Xüsusi hərbi əməliyyat başlayandan indiyədək 140 təyyarə, 487 pilotsuz uçuş aparatı, 252 zenit-raket kompleksi, 2353 tank və digər zirehli döyüş texnikası, 256 reaktiv yaylım atəşi sistemi, 1014 artilleriya və minaatan, həmçinin 2208 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib”, – o bildirib.