55-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 55-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 20 800-ə yaxın hərbçi, 802 ədəd tank, 2063 ədəd zirehli döyüş maşını, 386 ədəd artilleriya sistemi, 132 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 67 hava hücumundan müdafiə sistemi, 169 ədəd hərbi təyyarə, 150 ədəd helikopter, 1 495 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 158 ədəd dron, 27 ədəd xüsusi texnika və 4 operativ-taktiki raket kompleksi itirib.