İtaliya Ukraynaya silah göndərməyə qərar verdi

İtaliya hökuməti Ukraynaya silah tədarükünü dəstəkləyir.

Axar.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Mario Draqi deyib.

“Parlamentdə silah göndərilməsi ilə bağlı qərar demək olar ki, yekdilliklə qəbul edilib. Şərtlər bəllidir: bir tərəfdən hücuma məruz qalan xalq, digər tərəfdən təcavüzkarın ordusu. Təsirə məruz qalanlara kömək etməyin ən yaxşı yolu nədir? Sanksiyalar təcavüzkarı zəiflətmək üçün lazımdır, lakin qısa müddətdə qoşunları dayandıra bilməz. Bunun üçün biz bilavasitə ukraynalılara kömək etməliyik və bunu edirik”, – Draqi bildirib.