Rus ordusu “Azovstal”a hücuma keçdi

Mariupolda müdafiəçilərin son qalası sayılan “Azovstal” zavodu ərazisinə rus xüsusi hərbi qruplarının hücumu başlayıb.

Axar.az xəbər verir ki, bu barədə qondarma “Donetsk xalq respublikası”nın nümayəndəsi Eduard Basurin deyib.

Qeyd edək ki, “Azovstal”a sığınaraq mübarizəni davam etdirən “Azov” alayının bölmələri sonuncu dəfə 17 apreldə təslim olmaq təklifini rədd ediblər.