Rusiya Belarusu işğal etmək istəyib – Ukrayna

Rusiyanın 1-ci tank ordusu Belarus ərazisini işğal etməyə hazırlaşıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Naziriyinin Baş Kəşfiyyat İdarəsi əldə etdiyi sənədlərə əsasən məlumat yayıb.

“Belarusda prezident seçkiləri saxtalaşdırıldıqdan sonra Rusiya ordusu ölkəyə hücum etmək və etirazları yatırmaq üçün plan hazırlayıb”, – məlumatda qeyd olunub.