Rusiya Ukraynada növbəti əməliyyata başlayır

Rusiya qoşunları Ukraynada xüsusi əməliyyatın növbəti mərhələsinə başlayır.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Rusiyanın Ukraynada xüsusi əməliyyatının növbəti mərhələsi başlayır. Bunun üçün Rusiya hazırlıq görüb”,- Lavrov deyib.

Qeyd edək ki. Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara start verib. İndiyədək döyüşlər davam edir. Hər iki tərəfdən ağır itkilərin olduğu bildirilir.