Tələbə itkin düşüb

Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi itkin düşüb.

Bu barədə BMU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat yayıb.

Onun sözlərinə görə, Memarlıq və inşaat fakültəsinin 3-cü kurs tələbəsi Lamiyə Nizami qızı Binnətova aprelin 1-dən sonra universitetə gəlməyib.

E.Babayev bildirib ki, L.Binnətova nümunəvi tələbə olub:

“Həmin gün saat 16:50 radələrində müəllimdən icazə alıb və universitetdən çıxıb. Sonrakı günlər isə dərslərə gəlməyib. Məsələ ilə bağlı onun valideynləri ilə əlaqə saxlanılıb. Onun ailəsi Daxili İşlər Nazirliyinə məlumat verib. Hüquq-mühafizə orqanları axtarır”.