Ukrayna ordusu rusların sursat anbarını məhv etdi – Video

Ukrayna Silahlı Qüvvələrinin 10-cu dağ-hücum briqadası rus ordusunun sursat anbarını məhv edib.

Axar.az xəbər verir ki, bu barədə briqadanın Feysbuk səhifəsində məlumat yerləşdirilib.

“Rusiyanın dağıdılmış sursat anbarı indi belə görünür. Bu, “Edelveys” artilleriyasının işidir. Çağırılmamış qonaqların maskalanma əməliyyatı başlamamış başa çatdı”, – məlumatda qeyd olunub.