Ukraynaya silah verməyə davam edəcəyik – Fransa

Fransa Ukraynaya müdafiə silahları verməyə davam edəcək.

Bunu Fransa Nazirlər Kabinetinin rəsmisi Qabriel Attal deyib.

“Biz müharibəyə son qoymağa çalışmaq üçün bütün faydalı təşəbbüsləri davam etdirəcəyik. Bu o deməkdir ki, Kiyevə həm humanitar yardım edəcəyik, həm də müdafiə silahları verəcəyik”, – Attal bildirib.