Yeni Zelandiya Rusiyanın 18 bankına sanksiya tətbiq etdi

Yeni Zelandiya Ukrayna hadisələri fonunda Rusiyanın 18 ən böyük bank və maliyyə qurumuna yeni sanksiyalar tətbiq edib.

Axar.az xəbər verir ki, bunu Yeni Zelandiyanın xarici işlər naziri Nanayi Mahuta deyib.

“Bu böyük təşkilatlar Rusiyanın bank aktivlərinin təxminən 80%-ni təşkil edir”, – Mahuta bildirib.

Sanksiyaların aprelin 20-də qüvvəyə minəcəyi və 2025-ci il martın 17-dək qüvvədə olacağı qeyd edilib.

Xatırladaq ki, Yeni Zelandiyanın qara siyahısına Rusiya Mərkəzi Bankı, Rusiya Bankı, Moskva Kredit Bankı, Krım Rusiya Milli Kommersiya Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Rusiya Milli Kommersiya Bankı, Rusiya Birbaşa İnvestisiya Fondu, Sənaye Əmanət Bankı, Rusiya Kənd Təsərrüfatı Bankı, “Alfa-Bank”, “Qazprombank”, “Sberbank”, “Vneşekonombank”, “Otkritiye Bank”, “Genbank”, “Novikombank”, “Sovkombank”, “SMP Bank”, “VTB Bank” daxildir.