56-cı gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 56-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 20 900-ə yaxın hərbçi, 815 ədəd tank, 2087 ədəd zirehli döyüş maşını, 391 ədəd artilleriya sistemi, 136 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 67 hava hücumundan müdafiə sistemi, 171 ədəd hərbi təyyarə, 150 ədəd helikopter, 1 504 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 165 ədəd dron, 27 ədəd xüsusi texnika və 4 operativ-taktiki raket kompleksi itirib.