Bakıda 15 yaşlı oğlan anasını metronun qarşısında öldürdü

Bakıda metronun qarşısında qətl baş verib.

Trend xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, “Neftçilər” metrostansiyasının qarşısında baş verib.

Stansiyanın qarşısında oğul anasını bıçaqlayaraq qətl yetirib.

O qətli törədəndən sonra hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən 15 yaşlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən faktı təsdiqləyiblər.