Cəbhədəki uğursuzluğa görə Moskva həbslərə başladı

Cəbhədəki uğursuzluqlar fonunda Moskva “lxr” liderlərinin həbsinə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, FTX əməkdaşları “lxr”in “daxili işlər nazir”i general-mayor İqor Korneti həbs edib. O, FTX-nin Rostov-Dondakı istintaq təcridxanasında saxlanılır:

“lxr rəhbər”i Leonid Paseçnik Kornetin həbsdən azad edilməsi və vəzifəsinə bərpası üçün hər cür səy göstərir”.

Qeyd olunur ki, bu kvazi-dövlətin güc blokunda dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilir və hüquq-mühafizə orqanlarının, eləcə də “respublika”nın siyasi rəhbərliyinin mənfi reaksiyasına səbəb olub.