İşğal altında olan Melitopolda 3 həftə ərzində gecə patrulu aparan 70 rus hərbçisi məhv edilib.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“Martın 20-dən aprelin 12-nə kimi 70 nəfər öldürülüb. Baş Kəşfiyyat İdarəmiz hesabat yayıb. Əksəriyyəti bıçaq və güllə yarasından ölüb. Kimsə patrulları ovlayır. Cəhənnəmə xoş gəlmisiniz”, – Arestoviç bildirib.