Türkiyədə terakt: nazirlər Bursaya getdi

Bursada həbsxana gözətçilərinin olduğu avtobusda partlayış baş verib.

Axar.az xəbər verir ki, partlayış nəticəsində 1 məmur şəhid olub, daha 4 məmur yaralanıb.

Bursa valisi Yakub Canpolad partlayışdan sonra açıqlamasında hadisənin terror aktı olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Bəkir Bozdağ partlayışla əlaqədar Bursaya gedib.

.