Əfqanıstanda məsciddə partlayış törədildi

Əfqanıstanın Məzari-Şərif şəhərində namaz vaxtı məsciddə patlayış törədilib.

Bu barədə yerli “1TV Nyus” telekanalı məlumat yayıb.

Bildirilib ki, məscid şəhərin gediş-gəlişin çox olduğu hissəsində yerləşir. Partlayış nəticəsində çoxsaylı yaralının olduğu güman edilir.