Məscidin nəzir qutusundan pul oğurlandı

Zaqatalada məsciddən oğurluq edilib.

Daxili İşlərNazirliyindən verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinə aprelin 13-dən 15-dək olan müddətdə Göyəm kəndi ərazisindəki məscidin nəzir qutusundan 300 manatın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qandax kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Anar Osmanov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.