Rusiya ABŞ-la danışıqlara hazırdır

Rəsmi Moskva ABŞ-la vicdanlı və qarşılıqlı hörmət əsasında dialoqa açıqdır, rabitə kanalları hətta indiki şəraitdə də saxlanılır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktor müavini Sergey Koşelev bildirib.

Rusiya rəsmisi əlavə edib ki, ABŞ administrasiyası ilə qarşılıqlı fəaliyyətin əsas istiqamətləri üzrə hələ ki dialoq mövcud deyil.