Ukraynanın Zaporojye vilayətində An-26 təyyarəsi qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə Zaporojye vilayət administrasiyasından məlumat verilib.
“Bu gün səhər Zaporojye vilayətinin Volnyansk rayonunda An-26 təyyarəsi qəzaya uğrayıb. Təyyarə texniki reys yerinə yetirirdi. Xəsarət alanlar var”, – məlumatda bildirilib.