Ərəb şeyxləri də kasıbladı: xərcləri azaldırlar

Səudiyyə Ərəbistanında hakim sülalədən olan bəzi şahzadələr maliyyə problemləri səbəbindən ABŞ və Avropada daşınmaz əmlak və yaxtalarını satırlar.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Bildirilib ki, vəliəhd Məhəmməd bin Salman şəhzadələrin izafi xərclərini kəsdiyi üçün onlar aktivlərini Səudiyyə Ərəbistanından kənarda satırlar. Nəşrin iddiasına görə, onlar son illər dəyəri 600 milyon dollardan çox olan daşınmaz əmlak, yaxta və sənət əsərləri satıblar.

Qeyd olunur ki, şahzadələr bu pulla vergiləri ödəmək, həmçinin əmlakın saxlanması, təyyarə və gəmilərin parklanması xərclərini qarşılamaq istəyirlər. Bəzi hallarda kral sülaləsinin üzvləri vəliəhdin çox diqqətini cəlb etməmək üçün “daha ​​az dəbdəbəli aktivlərə” sahib olmaq istəyi ilə hərəkət edirlər.