“Yaxın zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına ehtimal var. Məsələ hər iki ölkənin liderləri tərəfindən müzakirə edilib, bununla bağlı razılığa gəlinib”.
Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Bütün xoşməramlı insanlar Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməlidir” adlı məqaləsində qeyd edib.
“Fransa prosesi dəstəkləyir. Amma iki ölkə arasında əlaqələrin normallaşması üçün maneələr olacaq. Rəsmi Bakı kommunikasiyaların bərpa olunması, sərhədlərin delimitasiyası, ərazi bütövlüyü və suverenlik prinsiplərinin tanınması kimi konkret məsələlərdə irəliləyiş görmək istəyir. Fransa Avropa İttifaqı ilə birlikdə Azərbaycan və Ermənistan liderlərinin son vaxtlar göstərdiyi cəsarətli səyləri tam dəstəkləyir”.