Türkiyəli reper faciəvi şəkildə öldü

Türkiyəli reper Beta (Berk Bayındır) bu gün səhər saatlarında İstanbulun Kağıthanə rayonunda yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.

Kult.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

31 yaşlı reperin ölüm səbəbi ilə bağlı dəqiq məlumat verilməyib.

Hadisə baş verən əraziyə polis və təcili tibbi yardım heyəti cəlb olunub.

Hadisə zamanı evdə olan Berkin sevgilisi Gültəpə ifadəsi alınmaq üçün polis idarəsinə aparılıb.