Kadırov çeçenlərə görə 1 milyon dollar vəd etdi

Çeçenistandan qaçan, özlərini “Şeyx Mənsur” və “Dudayev” alayları adlandırıb, Ukraynaya kömək edənlərin yerini deyənlərə bir milyon dollar mükafat verəcəm.

Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında yazıb.

“Bu “Şeyx Mənsur” və “Dudayev” adlanan alayların harada yerləşdiyini deyən adama bir milyon dollar vəd edirəm. Onları əldən verməməliyik, məhv etməliyik. Ya da diz çöküb xalqından, bütün müsəlmanlardan bağışlanma diləməlidirlər”, – Kadırov bildirib.