Azərbaycanda Rusiyanın “Sputnik” xəbər agentliyi fəaliyyət göstərir. Bu agentlik dezinformasiya yaymaqla məşğul olunub.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov bildirib.
Deputat “Sputnik”in bağlanması təklifini irəli sürüb və bununla əlaqədar Mətbuat Şurasına, aidiyyəti qurumlara müraciət ünvanlayıb:
“Bu agentlik Azərbaycanda bağlanmalıdır. Mən Mətbuat Şurasına və MEDİA-ya müraciət edirəm ki, bununla bağlı tədbir görülsün, “Sputnik” agentliyi Azərbaycanda bağlansın”.