Bu gün AFFA toplaşacaq

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Bakı Olimpiya Stadionundakı toplantı saat 13:00-da başlayacaq.

İclasın gündəminə aşağıdakı məsələlər daxildir.

1. Birinci Divizionda çıxış edən komandalarla bağlı müzakirə

2. Legioner limitinin müzakirəsi

3. Azərbaycan çempionatında əvəzetmə sayının artırılması

4. AFFA-nın Yoxlama və Təftiş Komitəsi ilə bağlı müzakirə

5. Digər məsələlər