“Kimsəsiz uşaqlara təbəssüm ol” layihəsinin açılış mərasimi olub

“Modern Azərbaycan Yeniliklər və Təcrübə” İctimai Birliyinin təşəbbüsü ilə 23.04.2022 tarixində “Kimsəsiz uşaqlara təbəssüm ol” layihəsinin açılış mərasimi oldu.

Layihə gənclər və digər yaşlardan olan 150-200 könüllü şəxsin birləşərək eyni məqsədlə maddi yardımlaşması nəticəsində həyata keçir.

Mərasimdə digər Qeyri-Hökumət Təşkilatı təmsilçiləri – “Elin səsi” Milli Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri Elvin Talışınski, sədr müavini Qorxmaz Paşayev, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə də iştirak etmiş və lazım olan dəstəyi göstərmişlər.

Layihənin məqsədi Kimsəsiz uşaqların əslində minlərlə sevəni olduğunu anlamaları, məsələnin Azərbaycan vətəndaşlarının həssas tərəfi olduğu üçün layihənin ictimailəşdirilərək bu növ təşəbbüslərin sayının artmasıdır.

Mərasim restoranın banket zalında baş tutmuşdur. 3 fərqli uşaq sığınacağından dəvət olunan uşaqlar və rəhbərlərinə servis edildikdən sonra musiqi sədaları altında uşaqlar üçün əyləncəli kloun və maskot şou, hədiyyəli yarışmalar, eyni zamanda DJ Tural ilə birlikdə tanınmış ifaçı Ramil Nabranın ifasında uşaqlar əyləncəli anlar yaşadılar.

Mərasimin sonlarına doğru “Modern Azərbaycan Yeniliklər və Təcrübə” İctimai Birliyi sədri Kərimli Camal layihə könüllülərinə və bütün iştirakçılara təşəkkürlərini bildirərək layihəni öz imkanları ilə etsə də, uzunömürlü olması üçün çalışacaqlarını bildirmişdir.