Gənc bəstəkar vəfat etdi

Azərbaycanlı söz yazarı və bəstəkar Sahilə Qurbanova vəfat edib.

Bu barədə müğənni Nərmin Kərimbəyova məlumat verib.

O bildirib ki, sənətçi ötən gecə qəflətən vəfat edib: “Vallah, bilmirəm nə deyim. Gənc istedada “Allah rəhmət etsin” kəlməsi heç yaraşmır. Balaların yetim qaldı, çox heyif səndən”.

Qeyd edək ki, Sahilə Qurbanova bir sıra dövlət qurumlarında işləyib. Son olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunda çalışıb.