Ukrayna millisinin formasında Gürcüstan bayrağı təsvir olunub

Futbol üzrə Ukrayna milli komandası üçün xüsusi forma hazırlanıb.

Geyim dəstinin üzərində Ukraynanın xəritəsi təsvir olunub.

Dövlət sərhədləri isə ukraynalılara yardım göstərən ölkələrin bayraqlarının olduğu xətlərlə göstərilib. Onların arasında Gürcüstan, Azərbaycan və Türkiyə bayraqları da var.

Xəritənin ortasında “Ukrayna naminə birləşmə” mənasını verən “United for Ukraine” yazısı yer alıb. Formanın arxa tərəfindəki nömrələrdə isə müharibə nəticəsində dağıdılmış Ukrayna şəhərlərinin adları qeyd olunub.

UAF prezidenti Andrey Pavelko bildirib ki, yığma bu formalardan yalnız DÇ-2022-nin pley-off matçlarına hazırlıq matçlarında istifadə ediləcək. Bundan sonra formada göstərilən yaşayış məntəqələrinin hər birinə yerli muzeylər üçün bir köynək veriləcək.