İranda polis zabiti güllələndi

İranın Xuzistan vilayətinin Əhvaz şəhərində polis zabiti naməlum silahlılar tərəfindən güllələnib.

Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Əhvazın Umidiyyə bölgəsində polis bölmələrindən birinin komandiri olduğu deyilən Müslim Tağızadə yoxlama postunda baş verən silahlı qarşıdurmada öldürülüb.

Qeyd edək ki, mayın 12-dən 13-ə keçən gecə başda Xuzistan olmaqla İranın bir neçə vilayətində etiraz aksiyaları genişlənib. Bir neçə şəhərdə SEPAH zabitləri və xüsusi qüvvələrin əhaliyə atəş açdığı, bir neçə nəfərin ağır yaralandığı birdirilir.