Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti yüksək mükafata layiq görüldü

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar 15-ci GAP Oscarı Ödülləri çərçivəsində “Ən Uğurlu Dövlət Adamı” mükafatına layiq görülüb.

Bu barədə  KKTC-nin Bakıdakı Daimi nümayəndəliyindən məlumat verilib.

KKTC Prezidenti bu fəxri ada GAP Jurnalistlər Birliyi tərəfindən Malatyada keçirilən 15-ci GAP Oskar Ödüllərində layiq görülüb.

KKTC-nin Qaziantep baş konsulu Fahri Yönlüerin mükafatı aldığı mərasimdə Ersin Tatar adından təşəkkür mesajı sinevizyon vasitəsilə paylaşılıb.