Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar 15-ci GAP Oscarı Ödülləri çərçivəsində “Ən Uğurlu Dövlət Adamı” mükafatına layiq görülüb.
Bu barədə KKTC-nin Bakıdakı Daimi nümayəndəliyindən məlumat verilib.
KKTC Prezidenti bu fəxri ada GAP Jurnalistlər Birliyi tərəfindən Malatyada keçirilən 15-ci GAP Oskar Ödüllərində layiq görülüb.
KKTC-nin Qaziantep baş konsulu Fahri Yönlüerin mükafatı aldığı mərasimdə Ersin Tatar adından təşəkkür mesajı sinevizyon vasitəsilə paylaşılıb.