Avtobus yolu keçən kişini vurub öldürdü

Mayın 26-da saat 15 radələrində Gəncə şəhərinin Atatürk prospektində Göygöl rayon sakini B.Bağırov idarə etdiyi “İveco” markalı avtobusla yolu keçən 50-55 yaşlı kişini vurub.

Daxili İşlər Nazirliyindən (DİN) Zafertv.az-a verilən məlumata görə nəticədə xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Piyada ölümü ilə nəticələnən daha bir hadisə isə mayın 27-də saat 4 radələrində Xaçmaz rayonunun Ləcət kəndi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini A.Dadaşov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Elçin Qədiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.