Müasir müstəqillik tariximiz Azərbaycan Xalq Cümhuriyyəti tarixinin davamıdır

Hüquqi və mənəvi varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətimizin (AXC) müasir müstəqillik dövrümüzə bir başa danılmaz çox yüksək əhəmiyyətli təsiri var. Əslində müasir müstəqillik tariximiz yarımçıq qalan AXC adlı tarixi missiyamızın uğurla davamıdır. Əvvəla onu qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyəti haqında danışarkən bu möhtəşəm tariximizi Şərq çərçivəsində təqdim edilməsini düzgün saymıram.

Bunu Zafertv.az-a politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, 1918-ci il may ayının 28-də müstəqilliyini qazanmış Azərbaycan Xalq Cümhuriyyəti və cəmi 23 ay ömür sürmüş milli dövlətimiz nəinki, müsəlman dünyasında Avropa və digər qitə ölkələrinə nümunə ola bilən yerli əhalinin demokratik hüquq və azadlıqları bərqərar edilmiş, Avropada ilk dəfə olaraq qadınların seçki hüququ tanınmış, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar bərabər hüquqlara yiyələnmiş, parlament, hüquq mühafizə orqanları yaradaraq parlament idarə üsullu dövlət yaradılmışdır: “Yeri gəlmişkən qeyd edim ki, həmin dövrdə əksər Avropa ölkələrində qadınların səs vermə hüququ yox idi və əksəriyyətinin dövlət idarə üsullu monarxiya sistemi idi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlament idarə üsullu dövlət idi. Xüsusi ilə qeyd etmək lazımdır ki, ilk Milli parlamentimiz 80 müsəlman, 21 erməni, 10 rus, 1 alman və 1 yəhudi millət vəkili əsasında formalaşmışdı. Göründüyü kimi 1918-ci ilin mart soyqırımından yarım il keçməsinə baxmayaraq, parlamentdə ən çox ikinci erməni nümayəndəsi də təmsil edilmişdir. Avropanın indi demokratiya, tolerantlıq kimi təqdim etməyə çalışdığı o anlayışlar Azərbaycan xalqının milli ruhunda və dövlətində özək olaraq qalmaqdadır”.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranışından bütün dövlət və hüquqi təsisatlarla yanaşı əhalinin maarifləndirilməsi əsas hədəf olub. Ən ucqar kəndlərdə belə əhalinin icbari təhsilə cəlb edilməsi AXC müstəqilliyinin ilk günlərindən həyata keçirilib. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” 1 sentyabr 1919-cu il tarixli Qanunda da öz əksini tapmışdır. Qanun Bakıda dörd fakültədən – Şərq şöbəsi olan tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət dövlət universitetinin yaradılmasını nəzərdə tutmuşdur. Avropada və dünyada icbari təhsilin və ali təhsilin ancaq varlılara aid olması fonunda Azərbaycan Xalq Cümhuriyyətinin dünya dövlətlərinə nümunə olması göz qabağındadır: “İnsanların üçün ən həssas mövzusu olan din və inan məsləsidə xalqımızın tolerant mahiyyətinə uyğun olaraq dövlət səviyyəsində öz həllini tapdı.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına, şiə və sünni ruhani idarələrinin əməkdaşlığına nail ola bilir, bildiyimiz kimi, Azərbaycanın Milli müstəqilliyinin elan olunmasına qədər bu dini təşkilatlar Tiflisdə yerləşirdi. Həmin təşkilatlar XMDEN-nin 10 avqust 1918-ci il tarixli qərarı ilə onlar Tiflisdən Gəncəyə köçürülür və könüllü olaraq 1918-ci ilin sentyabrın 1-də vahid orqanda birləşir. 1918-c il sentyabrın 7-də XMDEN qərarı təsdiqləyir və 1918-ci il sentyabrın 15-də Bakı daşnak və bolşevik işğalıdan azad edildikdən sonra bu təşkilat yəni Məşixət (dini təşkilat rəhbərliyi, şeyxlik) Bakıya köçürülür. İlk şeyx Molla Məhəmməd Pişnamazzadə səhhəti ilə bağlı 1918-ci il dekabrın 10-da idarənin sədri və şeyxülislam vəzifəsindən istefa verir, Azərbaycan Xalq Cümhuriyyəti Dini etiqad naziri Musa bəy Rəfiyevin təqdimat və tövsiyəsi ilə 1918-ci il dekabrın 12-də Təzəpir Məscidinin axundu 47 yaşlı Ağa Əlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri və şeyxülislam seçilir. Bununla da Qafqazda müsəlmanların dini işlərinin idarə edilməsində müstəqil fəaliyyət göstərən ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırılır və bu günümüzə kimi fəaliyyət göstərən Qafqaz müsəlmanlarının vahid idarəsi yaradılır. Həmin dövrlərdə Avropada dini katolik-pravoslav kilsələrinin qarşıdurmasl fonunda Azərbaycan İslamın vəhdətini qurulması çox çətin məsələ idi”.

Onun sözlərinə görə, ən vacib məqamlardan biri də bu idi ki, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyət dövründə 35 nazirlik təsis edilmiş, bunlardan 17 nazirliyin rəhbərləri xaricdə təhsil almış hüquqşünaslar idi:

“Sözsüz ki, Azərbaycan Xalq Cümhuriyyətinin ən vacib siyasi nailiyyəti 1920-ci ilin yanvar ayının 11-də onun müstəqilliyinin tanınması idi hansı ki, Konfransa təqdim edilmiş xəritəyə əsasən ərazilərimiz 114 min kv.km təqsdiqlənmişdi.

1724-cü ildən bu yana Rusiyanın Qafqaza gəlişindən bu yana Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi Azərbaycan tarixinin ən vacib mərhələsi, özünə qayıtma prosesi idi. Bolşevik Rusiyası Azərbaycanı işğal edib AXC hakimiyyətinə son versə XX əsrdə ikinci dəfə müstəqlliyimizi qazanmaq üçün bir zəmin, əsas oldu”.

Hazırda da 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə post müharibə dövründə Ermənistanla sərhədlərin delimitasiyası məsələsində Azərbaycan Xalq Cümhuriyyətinin o dövrdə gördüyü misilsiz işlər müasir Azərbaycanın siyasi manevr imkanlarını çox genişləndirib və elə bir siyasi vəziyyət yaradıb ki, Azərbaycan bütün Ermənistan ərazisinə ədalətli iddiamızı beynəlxalq hüquqla əsaslandıra bilərik:

“Müasir müstəqillik tariximiz sözsüz ki, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin davamıdır. Dünyanın qalib xalqının, müzəffər ordusunun üçrəngli ay ulduzlu əziz bayrağı da Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. Azərbaycan Xalq Cümhuriyyətin Azərbaycan xalqının tarixində yeri və önəmi hələ də lazımı şəkildə öyrənilib təbliğ edilməyib. Ancaq sevindirici hal odur ki, Ulu Öndər rəhmətlik Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, rəmzləri, hüquqi təsisatları müasir tariximiz üçün yaranış nöqtəsi tarixi kimi dəyərləndirilməyə başlanıldı. Cənab prezident İlham Əliyevin Ali Baş komandan kimi Qarabağımızın azad edilməsi tarixi ərazilərimizə qayıdışa inamımızı çox artırıb”.