NATO üzvlərinə Ukrayna çağırışı: Hazır olun!

Ukrayna müharibəsi uzun müddət davam edə bilər və biz buna hazır olmalıyıq.

Bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

“Heç kim müharibənin nə zamana qədər davam edəcəyini deyə bilməz. Ona görə də Ukraynaya dəstək üçün müttəfiqlərə çağırış edirəm. Həm də uzun müddətə dəstək olmağa hazır olun”, – Baş katib bildirib.