Sosial şəbəkədə yalan məlumat yayanlar həbs olunacaq

Türkiyədə sosial mediaya nəzarət tədbirləri gücləndirilir.

Sosial şəbəkələrə hüquqi nəzarətin təmin edilməsi ilə bağlı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyası (MHP) tərəfindən hazırlanan 40 maddəlik təkliflər paketi parlamentə təqdim olunub.

Dezinformasiya ilə mübarizə tədbirlərinin əks olunduğu təkliflər rəsmən qəbul olunarsa, insanlar arasında təşviş, yalan məlumat yayan şəxslər 1 ildən 3 ilədək həbs cəzasına məhkum olunacaqlar.

Bundan əlavə, təkliflər paketində saxta hesablar açaraq insanların şərəf və ləyaqətini alçaldan, yalan məlumatlar yayan şəxslərin cəzalandırılması ilə bağlı müddəalar yer alıb.