Daşınmaz əmlak bazarında BAHALAŞMA – Rəqəmlər

“May ayı ərzində daşınmaz əmlak bazarında qiymətlərdə dəyişikliklər olub.  Belə ki, mayda daşınmaz əmlak bazarında 1.46 % azalma, ilin əvvəlindən indiyədək 1.20 % artım müşahidə edilib. Ümumilikdə ötən ilin eyni dövrü ilə müqayisədə 0.83-lik azalma qeydə alınıb”.

Bunu Modern.az-a açıqlamasında “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov may ayında daşınmaz əmlak bazarında müşahidə edilən vəziyyətlə bağlı danışarkən deyib.

N.İbrahimovun sözlərinə görə, təkrar mənzil bazarında ay ərzində 1.83 % artım, il ərzində isə 3.81 % azalma müşahidə olunub:

“İlkin mənzil bazarında ay ərzində 0.07 % azalma, il ərzində 9.38 % artım olub. Fərdi yaşayış və bağ evlərində ay ərzində 4.75 % azalma, il ərzində 8.64 % azalma qeydə alınıb.

Kommersiya obyektləri bazarında ay ərzində 1.93 %-lik artım, il ərzində 46.91 % artım müşahidə edilib. Torpaq bazarında isə ay ərzində 3.65 % artım, ötən ilin eyni dövrü ilə müqayisədə isə əksinə, 12.10 %-lik azalma qeydə alınıb”.

Mənzillərin kirayəsinə gəlincə, ekspert deyib ki, ay ərzində 1.97 % azalma, il ərzində 4.89 % azalma olub. Fərdi yaşayış və bağ evlərinin kirayəsində ay ərzində 9.33 % artım, il ərzində isə 0.06%-lik artım var.

Kommersiya obyektlərinin icarəsi bazarında ay ərzində 8.64% azalma, il ərzində 0.06 % azalama qeydə alınıb. Tikinti malları bazarına gəlincə, ay ərzində 2.97 % artım, il ərzində isə 24.69 % artım müşahidə edilib”.