Xəzəryanı dövlətlərin XİN başçılarının müşavirəsi keçiriləcək

 Xəzəryanı dövlətlərin XİN başçılarının müşavirəsi keçiriləcək

İyunun 28-də Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçiriləcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Xəzəryanı ölkələrin XİN başçılarının müşavirəsi iyunun 28-də Aşqabadda keçiriləcək.

Zaxarova Rusiya XİN başçısı Sergey Lavrovun müşavirədə iştirak edəcəyini söyləyib: “Müşavirə iyunun 29-da Aşqabadda keçirilməsi planlaşdırılan Altıncı Xəzər sammitinin (Xəzəryanı ölkələrin dövlət başçılarının – red F.Ə.) hazırlığına həsr olunub. XİN başçılarının bundan əvvəl analoji görüşü 2018-ci il avqustun 11-də Aktauda, Beşinci Xəzər sammiti öncəsi keçirilmişdi. Həmin sammitdə Xəzərin hüquqi statusu ilə bağlı Konvesniya imzalanmışdı”.

Oxşar xəbərlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.