İsveç PKK ilə bağlı “cinayət işi”ni xətm etdi

İsveç polisi YPG/PKK terror təşkilatının lideri Abdullah Öcalanın şəkli və təşkilata aid görüntülərin binalara proyeksiya edilməsi ilə bağlı araşdırmasını yekunlaşdırıb.

Axar.az xəbər verir ki, İsveç dövlət radiosu SR-nın məlumatına görə, Stokholm Bələdiyyəsi tərəfindən açılan cinayət işi dəlil çatışmazlığı əsas gətirilərək xətm edilib.