Klub prezidenti təyyarə qəzasında öldü

Venesuelanın Miranda əyalətində kiçik “Learjet 55” tipli təyyarə qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, əyalətin Karallave şəhərində qəzaya uğrayan kiçik təyyarədə 6 nəfər səyahət edirmiş.

Ölənlərdən birinin Venesuelanın önəmli futbol klublarından olan “Estudiantes de Merida”nın prezidenti Kristian Toni olduğu bildirilir.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.