QHT Agentliyi “Şuşa ili”nə dair müsabiqənin qaliblərini açıqlayacaq

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Qurumdan verilən xəbərə görə, iclasda, Agentliyin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində texniki seleksiyadan keçən layihələrin qiymətləndirilməsi haqqında, İcraçı direktorun  səfər qrantları üçün müraciət olunan layihələr haqqında təqdimatı və cari məsələlərlə bağlı qərarlar qəbul edilib.

Toplantıda Agentliyin “Şuşa ili”nə həsr edilmiş xüsusi Qrant müsabiqəsinin nəticələrinin 28 iyun tarixində elan edilməsi qərara alınıb.