Toyda dava salanlar pəncərədən yıxıldı

Biləsuvar rayonunda toyda dava baş verib.

Report xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Cəlilabad rayonunun Üçtəpə kənd sakinləri – 1984-cü il təvəllüdlü Əli Rafiq oğlu Əliyev və 1977-ci il təvəllüdlü Anar Vidadi oğlu Məmmədov arasında baş verən dava zamanı hər iki şəxs şadlıq sarayının pəncərəsinə çırpılıb və pəncərə qırılıb, onlar isə pəncərədən yerə yıxılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.