Türkiyə ordusu 18 terrorçunu məhv etdi

Türkiyə ordusu 18 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tvitter hesabında yazıb.

“Suriyanın şimalında “Fərat qalxanı” , “Zeytun budağı”və “Sülh çeşməsi” əməliyyat bölgələrində hücuma cəhd edən 18 PKK/YPG terrorçusu ordumuz tərəfindən zərərsizləşdirilib”, – məlumatda bildirilib.