Türk Dövlətləri Təşkilatının nümayəndəsi: “Şuşada Beynəlxalq Media Forumda iştirak edəcəyimə görə qürur duyuram”

“Sabah mədəniyyət paytaxtı Şuşada Beynəlxalq Media Forumda iştirak edəcəyimə görə qürur duyuram”.

Bu sözləri ZaferTv.az-a açıqlamasında Türk Dövlətləri Təşkilatının layihə direktoru Ersin Aydoğan deyib.

O bildirib ki, bu tədbir türk dünyasında və digər dövlətlərlə iş birliyinin inkişafı üçün önəmlidir:

“Biz də Türk Dövlətləri Təşkilatı olaraq türk dövlətləri arasında mətbuat sahəsindəki əlaqələrin inkişafı üçün səy göstəririk. Bu mövzuda ən böyük dəstək Azərbaycandan gəlir. Təkcə siyasi və iqtisadi deyil, hər sahədə türk dövlətləri arasındakı münasibətləri daha irəliyə aparmağa davam edəcəyik”.