Rusiyanın canlı qüvvə itkisi 40 mini ÖTDÜ

Ukraynada müharibə başlayandan indiyədək Rusiya ordusunun 40 min 70 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusunun digər döyüş itkiləri 1738 tank, 3971 zirehli döyüş maşını, 883 artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 190 helikopter, 726 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 847 avtomobil texnikası və avtosistern, 75 xüsusi texnikadan ibarətdir.

Qeyd olunub ki, Rusiya ən çox itkisini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.