Ukrayna daha 17 hərbçisinin cəsədini qaytarıb

Bu barədə Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi məlumat yayıb.

“Meyitlərin qaytarılması prosesi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq baş tutub”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Ukrayna müharibə başlayandan indiyədək 400-dən çox hərbçisinin cəsədini geri qaytara bilib.