Almaniyanın yeni səfiri Bakıya gəldi

Almaniyanın yeni səfiri Ralf Horlemann Azərbaycana gəlib.

Bu barədə Almaniyanın Bakıdakı səfirliyinin “Twitter” hesabında məlumat paylaşılıb.

“Azərbaycanda səfir kimi işə başlamaqdan məmnunluq duyuram. Mən bu gözəl ölkəni kəşf etməklə gələcəkdə ölkələrimiz arasında əlaqələri gücləndirmək üçün səbirsizlənirəm”, – deyə diplomat vurğulayıb.