Bu vilayətlərdəki rus hərbçilərinin sayı… – General

Ukraynanın Zaporojye və Xerson vilayətlərində rus işğalçılarının təxminən 25 batalyon taktiki qrupu var.

Bunu Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Dmitri Marçenko deyib.

“Heç kim bu bölgələrdə faktiki olaraq neçə düşmən əsgərinin olduğunu dəqiq görməyib. Deyirlər ki, Rusiyanın Xerson və Zaporojye vilayətində 25-ə yaxın batalyon taktiki qrupu var. Nə olsun? Burada heç kim onlardan qorxmur, heç kim onlardan qaçmayacaq”, – o bildirib.