İrəvanda iki ticarət mərkəzi 2 saat fərqlə yandı

İrəvanda iki ticarət mərkəzində – “Dalma Garden Moll” və “Arinc Moll”da yanğın baş verib.

Axar.az xəbər verir ki, ticarət mərkəzlərindəki yanğınlar arasında iki saat fərq olub.

İlk yanğın siqnalı “Arinc Moll”dan 17:40-da daxil olub. Yanğın 19:09-a qədər davam edib.

19:40-da isə “Dalma Garden Moll”da yanğın olub.