Britaniya Ukraynaya əlavə M270 reaktiv yaylım atəşi sistemləri verəcək

Böyük Britaniya Ukraynaya əlavə M270 reaktiv yaylım atəşi sistemləri verəcək.

Bu barədə Britaniya müdafiə naziri Ben Uolles deyib.

O bildirib ki, Britaniya Ukraynaya öncədən verilmiş M270-lərin istifadəsindən olduqca razıdır:

“Ukrayna Silahlı Qüvvələri sursatların tez tükənməməsi üçün hansı hədəfləri vuracağını daha yaxşı ayırd etdiklərini göstərdi”.